Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də baş tutacaq
Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də keçiriləcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bəyanat verib.
Türkiyəli nazirin sözlərinə əsasən, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Pekindən Londona qədər davam edən şərq-qərb xətti daha məhsuldar şəkildə fəaliyyət göstərəcək.
Uraloğlu sözügedən xəttin Türkiyənin logistika qabiliyyətini artıracağını və Asiyaya gedən ticarət marşrutlarında geostrateji əhəmiyyətini çoxaldacağını bildirib.
“Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti 224 kilometr uzunluğunda, qoşa xətli, elektrifikaiyalı olacaq və siqnalizasiya ilə təchiz ediləcək. Bu xətt oldə 5.5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə sahib olacaq”- nazir qeyd edib.
O əlavə edib ki, Lahiyədə 24 tunel, 10 körpü, 171 keçid və s. yer alacaq
Oxşar xəbərlər
Türkiyə ilə Azərbaycanı birləşdirən dəmiryolu xəttinin təməlqoyma mərasiminin keçiriləcəyi tarix açıqlanıb
Türkiyə ilə Azərbaycanı birləşdirən dəmiryolu xəttinin təməlqoyma mərasiminin tarixi açıqlanıb
Abdulkadir Uraloğlu: "Zəngəzur dəhlizi ilə Azərbaycanla güclü infrastruktur əlaqəmiz yaranacaq”
Türkiyə ilə Naxçıvanı əlaqələndirən dəmiryolu layihəsi üçün 2,4 milyard avroluq xarici maliyyə təmin edilib
Türkiyə Qars-Dilucu dəmir yolu layihəsi üçün 2,4 milyard avro "yaşıl maliyyə" cəlb edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













