"Sovetski"də bir evin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirilib
sizinxeber.az xəbər saytı

"Sovetski"də bir evin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirilib


Bir sıra sosial şəbəkə platformalarında Yasamal rayonu, B. Səfəroğlu küçəsi 78 ünvanında yaşayan vətəndaşın evinin qanunsuz olaraq sökülməsi iddialarına aydınlıq gətirilib.

Bu barədə "Report"a Yasamal rayon İcra Hakimiyyətindən məlumat verilib.

"Bildiririk ki, Yasamal rayonu, B. Səfəroğlu küçəsi 78 ünvanında yaşayan sakin Tatyana Aqafonovanın yaşadığı evin istismar müddəti başa çatıb", - məlumatda bildirilib və əlavə edilib ki, müvafiq komissiya tərəfindən aparılan qiymətləndirmə və köçürülmə prosesi çərçivəsində sakin tərəfindən əmlakın bazar dəyərindən dəfələrlə yüksək məbləğ tələb edilib.

Eyni zamanda, çıxarışla rəsmiləşdirilmiş sahədən əlavə, sakinin faktiki istifadəsində qanunsuz tikilmiş, binanın konstruktiv dayanıqlılığına mənfi təsir göstərən və qəzalı binanın vəziyyətini daha da ağırlaşdıran əlavə tikili mövcuddur və hal-hazırda evin deyil,sözügedən qanunsuz inşa edilmiş əlavə tikilinin söküntüsü işləri aparılır.

Qeyd edək ki, keçmiş "Sovetski" kimi tanınan ərazidə istismar müddəti başa çatmış tikililərin söküntü işləri aparılır. Sakinlərə bazar qiymətinə uyğun kompensasiya ödənilməklə köçürülmə prosesi həyata keçirilir.

Proses tam yekunlaşdıqdan sonra ərazinin abadlaşdırılması, mövcud tarixi binaların təmiri və bərpası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Bakıda çoxmərtəbəli binanın damında qanunsuz tikinti işləri aşkarlanıb
Bakıda istismar müddətini başa vurmuş tikililərlə əlaqədar iki komissiya yaradılıb
Bakıda çoxmərtəbəli binanın damında qanunsuz tikinti işlərinin aparılması aşkarlanıb
Ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
Daşkəsəndə qanunsuz tikili sökülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər