Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib - FOTO
sizinxeber.az xəbər saytı

Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib - FOTO


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 18-də Biləsuvar rayonunun Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsini ziyarət edib.

Sizinxeber.az xəbər verir ki, əvvəlcə Milli Qəhrəmanın döyüş yolunun, vətənpərvərlik, qəhrəmanlıq nümunəsinin gənc nəslə aşılanması üçün şəhidin doğulduğu kənddə yaradılan ev muzeyinə gələn Leyla Əliyeva burada Mübariz İbrahimovun şəxsi əşyaları, onun həyat yolunu əks etdirən eksponatlarla tanış olub.

Sonra Mübariz İbrahimovun ailəsinin yaşadığı evə gələn Leyla Əliyeva Azərbaycanın Milli Qəhrəmanının atası və anası ilə çay süfrəsi arxasında söhbət edib.

Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

Oxşar xəbərlər

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş kitabın təqdimatı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident, birinci xanım və Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs veriblər - YENİLƏNİB-1 - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər