Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş kitabın təqdimatı olub
Biləsuvar rayonunda Azərbaycan Yazıçılar Birliyinin üzvü, publisist Müşfiq Muğanlının Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş "Mübarizdən sonra" adlı kitabının təqdimat mərasimi keçirilib.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, mərasim Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Biləsuvar rayonunun Əliabad kəndindəki ev muzeyində baş tutub.
Rayon rəsmiləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə Milli Qəhrəmanın keçdiyi şərəfli yoldan geniş söhbət açılıb. Kitabın məsləhətçisi, Milli Qəhrəmanının atası Ağakərim İbrahimov müəllifə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd olunub ki, kitabın baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, redaktoru isə şərqşünas-tərcüməçi Famil Burxanoğludur.
İki hissədən və dörd bölmədən ibarət olan kitabın birinci hissəsində oxucular Ağakərim İbrahimovun uşaqlara, yeniyetmələrə, gənclərə verdiyi məsləhətləri, düşüncələri, məşhur insanların Mübariz İbrahimov haqqında fikirləri, ikinci hissəsində Mübariz İbrahimovun həyat hekayəsi, esse və şeirlərlə, sonda isə "Müqəddəs Mübarizim" poeması ilə tanış ola bilərlər.
Oxşar xəbərlər
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
“Ziyayi Qafqaziyyə” kitabının təqdimatı keçirilib - FOTO
MEK-də şəhid Elşən Müslümova həsr olunmuş kitabın təqdimatı keçirilib
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir - CANLI YAYIM
Riadın qatıldığı əməliyyatlar çox uğurlu keçirdi - Milli Qəhrəmanın bacısı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












