Ali Məhkəmə Plenumunun iclası keçirilib
Aprelin 4-də Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib.
Məhkəmədən APA-ya verilən məlumata görə, iclasda 2024-cü ildə Ali Məhkəmə kollegiyalarında mahiyyəti üzrə təkrar baxılmış işlərə dair məruzə dinlənilib.
“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair Ali Məhkəmə Plenumunun qərar layihəsinin müzakirə olunub.
Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Ali Məhkəmə Plenumunun 2016-cı il 28 mart tarixli və Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 2011-ci il 28 oktyabr tarixli qərarlarının tətbiqi ilə bağlı məhkəmələrinin fəaliyyətinin monitorinqinin aparılmasına dair Ali Məhkəmə Plenumunun qərar layihəsinin müzakirəsi aparılıb.
Daha sonra “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2005-ci il 27 may tarixli qərarında dəyişiklik edilməsi barədə və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” plenumun 2008-ci il 30 iyun tarixli qərarında dəyişiklik edilməsi barədə plenumun qərar layihələri müzakirəyə çıxarılıb və müvafiq qərar qəbul edilib.
İclasda həmçinin konkret işlərə baxılıb.
Oxşar xəbərlər
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmələrdə monitorinqin aparılmasına dair plan təsdiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ali Məhkəmənin Plenum iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmənin Plenumunda and içiblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ali Məhkəmə ər-arvadın əmlakının bölünməsi ilə bağlı mübahisələrə dair qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












