Ramin Məmmədov vətəndaş qəbulu keçirəcək
sizinxeber.az xəbər saytı

Ramin Məmmədov vətəndaş qəbulu keçirəcək


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 14-də Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Füzuli rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Komitədən məlumat verilib.

Qeyd edilib ki, qəbul saatı 11:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qarabağ regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98) müraciət etmələri xahiş olunur.

Oxşar xəbərlər

Ramin Məmmədov Hacıqabulda vətəndaş qəbulu keçirəcək
Ramin Məmmədov Salyanda vətəndaşları qəbul edəcək
Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşları qəbul edəcək
Dini Komitənin sədri Zərdabda vətəndaş qəbulu keçirəcək
Ramin Məmmədov Siyəzəndə vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər