Yol polisi qeyri-iş günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən "Sizinxeber.az"a verilən məlumata görə, həftəsonu və bayramla əlaqədar qeyri-iş günlərində respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir.
BDYPİ xüsusilə turizm və istirahət bölgələrinə aparan yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə hər bir hərəkət iştirakçısını məsuliyyətli olmağa çağırır:
"Sürücülərdən xahiş olunur ki hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər. Səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər. Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər. Yolda nizamlanma vasitələrinin tələblərinə ciddi əməl etsinlər. Səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər".
Oxşar xəbərlər
Yol polisi bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
DYP: Bayram günlərində texniki müayinə mərkəzləri 24 saat fəaliyyət göstərəcək - YENİLƏNİB
BDYPİ səfərdən qayıdan yol hərəkəti iştirakçılarına müraciət edib
Yol polisi həftəsonu yollardakı vəziyyətlə bağlı hərəkət iştirakçılarına müraciət edib
BDYPİ həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
