BDYPİ səfərdən qayıdan yol hərəkəti iştirakçılarına müraciət edib
sizinxeber.az xəbər saytı

BDYPİ səfərdən qayıdan yol hərəkəti iştirakçılarına müraciət edib


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib.

"Sizinxeber.az"un məlumatına görə, müraciətdə qeyd olunub ki, bayram tətilində ayrı-ayrı bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar magistral yollarda hərəkət intensivliyinin artması müşahidə olunur.

BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edərək bildirir ki, təhlükəsizlik qaydalarına əməl etməli, sürücülər yorğun, yuxusuz halda sükan arxasına əyləşməməli, sərnişinlər isə belə hallara qarşı biganə qalmamalıdır:

"Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq. Uzaq məsafə qət edən sürücü və sərnişinlər qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərlər".

Oxşar xəbərlər

DYP səfərdən dönən hərəkət iştirakçılarına müraciət edib
Yol polisi bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
BDYPİ həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
Yol polisi həftəsonu yollardakı vəziyyətlə bağlı hərəkət iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle