Azərbaycan Ankarada uşaqların internetdən müdafiəsilə bağlı keçirilən beynəlxalq konfransda iştirak edir
Ankarada "Rəqəmsal mühitdə uşaqların müdafiəsi üzrə beynəlxalq siyasət və təcrübə mübadiləsi" mövzusunda konfrans keçirilir.
"Repot"un Türkiyə bürosu xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva konfrans çərçivəsində keçirilən "Önlənmə, savadlılıq və qoruyucu ekosistemlər" adlı panel müzakirəsində çıxış edərək uşaqların rəqəmsal mühitdə rastlaşdığı təhlükələr və onlardan qorunma yollarından danışıb.
Onun sözlərinə görə, son araşdırmalar göstərir ki, onlayn risklərdən qaçmaq və sərt valideyn nəzarəti səmərə vermir. Ona görə də valideynlər və müəllimlər "təhlükəsiz təmas" metodundan istifadə etməli, uşaqlara dəstəkləyici çərçivə daxilində əsaslı öyrənmə və refleksiya vasitəsilə rəqəmsal mühitləri araşdırmaq imkanı verməlidirlər.
Panel müzakirəsi zamanı Azərbaycanda bu sahədə görülən işlərdən, informasiya və kibertəhlükəsizlik, rəqəmsal inkişaf sahəsində qəbul edilən strategiyalardan bəhs edən Aparat təhbəri uşaqların zərərli informasiyalardan qorumaq üçün informasiya məhsullarının yaş kateqoriyaları üzrə bölünməsi və digər sahələrdə görülən tədbirlərdən də danışıb.
Oxşar xəbərlər
Uşaqların süni intellektlə bağlı müdafiə mexanizmlərinin gücləndirilməsi təklif olunur
Komitə banklarda uşaqların adına kart açılmasına qadağa qoyulmasını təklif edir
Dövlət Komitəsi sosial şəbəkələrdə uşaqlarla bağlı videoların yayılmasına münasibət açıqlayıb
Azərbaycan AQEM çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Makron üçüncü ölkələrdə miqrantların qaytarılması üzrə mərkəzlərin yaradılmasına qarşı çıxıb
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Balaxanı neftçiləri ADNSU-da Geologiya Elmləri üzrə Tədqiqat təqaüdü təsis etdilər - FOTO
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
