Dövlət Komitəsi sosial şəbəkələrdə uşaqlarla bağlı videoların yayılmasına münasibət açıqlayıb
Son günlər sosial şəbəkələrdə azyaşlıların iştirakı ilə çəkilmiş və cəmiyyətin haqlı narahatlığına səbəb olan bəzi videoların paylaşılması ciddi ictimai rezonans doğurub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı müraciətdə bildirilir.
Qeyd edilir ki, xüsusilə, azyaşlı qız uşaqlarının böyüklər üçün nəzərdə tutulmuş davranış və rəqs hərəkətlərini nümayiş etdirməsi, həm etik və mənəvi dəyərlər baxımından, həm də hüquqi çərçivədə qəbuledilməzdir.
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bildiririk ki, bu kimi halların yaranması, ilk növbədə, valideyn məsuliyyətinin yetərincə dərk edilməməsi, uşaqların rəqəmsal platformalarda nəzarətsiz qalması və onların bu sahədə düzgün maarifləndirilməməsi ilə bağlıdır.
Valideynlərin, qəyyumların və ailə üzvlərinin əsas vəzifələrindən biri uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsini təmin etməkdir.
Uşaqların davranışları, maraqları və sosial bacarıqları formalaşma dövründə daha çox vizual və emosional təsirlərlə inkişaf edir. Bu səbəbdən, sosial media platformalarında yayılan qeyri-etik məzmunlar, "trendlər" və vizual təsirlər uşaqlar üçün ciddi risk faktoru yaradır".
Oxşar xəbərlər
Dövlət Komitəsi: “İnternata göndərilən uşaqların sayı artıb"
Aynur Sofiyeva: Uşaqların sosial şəbəkədəki təhlükələrdən qorunması üçün təcili tədbirlərə ehtiyac var
Sahil Babayev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun bir qrup iştirakçısı ilə görüşüb
"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi yaxın zamanda Milli Məclisə təqdim olunacaq
Naxçıvanda erkən nikahın qarşısı alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












