Bakıda Qətər Mədəniyyəti Günləri keçirilir
sizinxeber.az xəbər saytı

Bakıda Qətər Mədəniyyəti Günləri keçirilir


Bakıda Qətər Mədəniyyəti Günləri keçirilir.

“Sizinxeber.az” xəbər verir ki, bu gündən etibarən Dənizkənarı Milli Parkda, müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri təqdim olunur.

Təqdimatda iştirak edən mədəniyyət naziri Adil Kərimli və qətərli həmkarı Şeyx Əbdülrəhman bin Həməd əl-Tani pavilyonlarda nümayiş olunan mədəni sənət nümunələri, ölkənin milli mətbəxi ilə tanış olublar.

Mədəniyyət nazirin müavini Fərid Cəfərli 2024-cü ilin fevralında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günlərini və bu günlərdə Bakıda keçirilən Qətər Mədəniyyəti Günlərinin əhəmiyyətindən danışıb.

Nazir müavini Azərbaycan-Qətər mədəni əlaqələrinin bundan sonra da inkişafından əminliyini ifadə edib.

Qeyd edək ki, Qətər Mədəniyyəti Günləri aprelin 13-dək davam edəcək.

Foto ;Mircavid Eminoğlu

Oxşar xəbərlər

Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək
Nazir: Qətər Mədəniyyəti Günləri mədəni əlaqələrin inkişafına töhfə verəcək
Adil Kərimli: Azərbaycan və Qətər xalqlarını yaxınlaşdıran həm də mədəni zənginlikləridir
Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri təşkil ediləcək
Astanada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər