Astanada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Astanada (Qazaxıstan) 24-26 sentyabr tarixlərində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
“Report” bu barədə Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 24-də “Füzuli-530” kitabının təqdimatı və etno-caz konserti keçiriləcək.
Bundan əlavə, sentyabrın 25-də Qazaxıstan və Azərbaycanın milli kitabxanaları arasında memorandum imzalanacaq, həmçinin “Azərbaycan incəsənətinin inciləri” adlı sərginin açılışı və rəqs ansamblının konserti olacaq.
Sentyabrın 26-da Azərbaycanın müasir incəsənəti və Tomris ikonoqrafiyası mövzusunda mühazirələr keçiriləcək.
K.Kuanışbayev adına Milli Musiqili Dram Teatrında keçiriləcək qala-konsert Mədəniyyət Günləri çərçivəsində əsas tədbir olacaq. Konsertdə Azərbaycanın xalq artistləri çıxış edəcəklər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Astanada “Вечер дружбы” adlı qala konsertdə iştirak edib
Qazaxıstan və Azərbaycan milli idman növlərinin inkişafını gücləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
