Adil Kərimli: Azərbaycan və Qətər xalqlarını yaxınlaşdıran həm də mədəni zənginlikləridir
Azərbaycan və Qətər xalqlarını yaxınlaşdıran həm də mədəni zənginlikləridir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Qətərin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani ilə görüşdə deyib:
O, Azərbaycanla Qətər arasında əlaqələr iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri əsasında hərtərəfli inkişaf etdiyini bildirib:
"Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində uğurlu əməkdaşlıq qurulub. Xalqlarımızı yaxınlaşdıran həm də mədəni zənginliklərimizdir. 2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb. Qətər də Azərbaycanda təşkil olunan müxtəlif səpkili beynəlxalq tədbirlərdə yaxından iştirak edir. İnanıram ki, Bakıda keçirilən Qətər Mədəniyyəti Günləri iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə olacaq”.
Şeyx Əbdülrəhman bin Həməd əl-Tani Qətər nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıq edib. Qətərli nazir 16 ildən sonra ölkəsinin mədəniyyətinin Azərbaycanda yenidən təqdim olunmasından məmnunluğunu bildirib, bu kimi tədbirlərin mədəni inteqrasiya üçün zəruri olduğunu vurğulayıb.
Söhbət zamanı iki ölkə arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub. Sonda xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, aprelin 10-13-də Bakıda Qətər Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə Qətərin mədəniyyət nazirinin rəhbərliyi ilə geniş nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Oxşar xəbərlər
Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək
Lyubimova: Rusiya Azərbaycanla mədəni əməkdaşlığı möhkəmləndirməyi hədəfləyir
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
Ceyhun Bayramov Qətərin yeni səfirini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
