Aktauda TÜRKSOY - Azərbaycan əməkdaşlığı müzakirə olunub, fikir mübadiləsi aparılıb
- 6-04-2025, 19:00
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 2 305
Qazaxıstanın Aktau şəhərində "Türk Dünyasının Mədəniyyət Paytaxtı - 2025" ilinin rəsmi açılış mərasimi keçirilib.
Azərbaycanın Mədəniyyət Nazirliyindən “Sizinxeber.az”a verilən məlumata görə mərasimdə TÜRKSOY-un baş katibi, üzv dövlətlərin mədəniyyət nazirləri və müavinləri, Türk Dövlətləri Təşkilatlarının rəhbər şəxsləri, Qazaxıstanın Mangistau vilayəti və Aktau şəhəri akimliyi, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov təmsil olunub.
Açılış mərasimində rəsmilərin çıxışlarından sonra türk dünyası incəsənət ustalarının iştirakı ilə möhtəşəm qala-konsert olub.
Konsertdə ölkəmizdən 20-dən çox incəsənət xadimi maraqlı ifası ilə tədbirə rəng qatıb.
Tədbir çərçivəsində Murad Hüseynovla TÜRKSOY-un baş katibi Sultan Rayev arasında ikitərəfli görüş keçirilib. Görüşdə TÜRKSOY ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə olunub, həyata keçirilən tədbirlər, gələcək layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda "mədəniyyət paytaxtı" ili ərzində təşkilat tərəfindən Aktauda planlaşdırılan fəaliyyətlər haqqında məlumat verilib.
Qeyd edək ki, Aktau şəhəri 2025-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anev şəhərindən təhvil alıb.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />