Sizinxeber.az » Mədəniyyət » Mədəniyyət siyasəti » Moskvada Azərbaycanın Milli Musiqi Günü qeyd edilib

Moskvada Azərbaycanın Milli Musiqi Günü qeyd edilib

Moskvada M.İ.Rudomin adına Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın Milli Musiqi Gününə həsr olunmuş gecə keçirilib.

“Sizinxeber.az”un Rusiya bürosunun məlumatına görə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkil etdiyi tədbirdə Moskva şəhərinin Qara Qarayev adına Uşaq Musiqi Məktəbinin şagirdləri çıxış ediblər. Gecənin aparıcısı musiqişünas, sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının sədri Rauf Fərhadov olub.

Tədbiri açan Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova qeyd edib ki, hər il sentyabrın 18-də Azərbaycanda Milli Musiqi Günü geniş qeyd olunur.

“Bu bayram ölkəmizin iki böyük musiqiçisinin – Azərbaycan klassik musiqisinin banilərindən olan Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin doğum günü ilə bağlıdır. Azərbaycanın milli musiqisi görkəmli bəstəkarların, xüsusilə Asəf Zeynallı, Cövdət Hacıyev, Qara Qarayev, Niyazi, Fikrət Əmirov və Azərbaycan bəstəkarlıq məktəbinin digər nümayəndələrinin əsərləridir ki, onlar təkcə milli musiqinin ənənələrini qoruyub saxlamayıb, həm də dünya mədəniyyətinə misilsiz töhfə veriblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Hələ gəncliyimdə musiqidə nə qədər güc olduğunu hiss etdim. Musiqisiz insanlar yoxsuldurlar. Musiqi insanı sonsuz zənginləşdirir, ruhları düzəldir, onlara qeyri-adi güc verir. Əgər insanın həyatı musiqi ilə işıqlanırsa, o, quraq torpağa bərəkətli yağış yağan kimi canlanır”, hesab edirdi ki, milli ruhun yüksəlişinin əsas şərtlərindən biri ana dili və musiqi mədəniyyətidir”, – o bildirib.

T.Əhmədova vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu xalqımızın milli mədəniyyətinin qorunmasına böyük diqqət yetirir.

M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının direktoru Pavel Kuzmin hamını Azərbaycanın Milli Musiqi Günü münasibətilə təbrik edib.

“Azərbaycan bizim ən yaxın dostumuzdur və biz ziyarətçilərimizi bu ölkənin mədəniyyəti, incəsənəti və ənənələri ilə böyük məmnuniyyətlə tanış edirik”, – o diqqətə çatdırıb.

Qara Qarayev adına Uşaq Musiqi Məktəbinin direktor müavini Tatyana Qalçinova gənc istedadlara dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür edib.

“Musiqi birləşdirir və biz şadıq ki, şagirdlərimiz bu tədbirdə iştirak edirlər. Azərbaycan musiqisi tanınır və bir dəfə eşidəndə yadda qalır. Şagirdlərimiz Azərbaycan bəstəkarlarının musiqisini məmnuniyyətlə ifa edirlər”, – T.Qalçinova bildirib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !