

Nazir müavini: Milli Musiqi Günü ilə bağlı bir sıra xarici ölkələrdə tədbir keçiriləcək
“Bir sıra xarici ölkələrdə Milli Musiqi Günü ilə bağlı tədbirlər keçiriləcək. Bu, çox böyük hadisədir”.
Sizinxeber.az xəbər verir ki, bunu Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən simpoziumun açılışında mədəniyyət nazirinin birinci müavini Murad Hüseynov deyib.
O qeyd edib ki, akademik musiqi mühitinin canlanmasında festivalın və keçiriləcək simpoziumun böyük rolu olacaq: “Uzun illərdir ki, Üzeyir bəyin doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir. Eyni zamanda, 2009-cu ildən bu yana Üzeyir bəyin adını daşıyan Beynəlxalq Festival keçirilir. Bir çox ölkələrdən məşhur alimlər və musiqiçilər festival çərçivəsində keçirilən simpoziumun işində yaxından iştirak edəcəklər. Festivalın yüksək səviyyədə keçiriləcəyinə əminik. Bu festival tələbələrin həyatında da böyük rol oynayacaq. Hamıya uğurlar arzulayıram. Milli Musiqi Günü münasibətilə hər birinizi təbrik edirəm”.
Oxşar xəbərlər
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib
Türkiyənin milli müdafiə naziri Qazaxıstana gedib
Mirələm Mirələmov Özbəkistanda Qran-pri mükafatı qazanıb
Azərbaycanın muğam ansamblı Özbəkistanda mükafat qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“WUF13 QHT Koalisiyası”nın növbəti hibrid görüşü keçirilib
-
İran DİN başçısı: Şahid Rəcai limanında yanğın yenidən alovlanıb
-
“Die Weltwoche”: Brüssel Avropa Komissiyasının toksik rəhbərinin istefasını istəyir
-
Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub
-
Premyer Liqa: "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə bilər
-
Peskov: Tramp və Rusiyanın Ukrayna ilə bağlı mövqelərində bir çox elementlər üst-üstə düşür
