Gəncə Dövlət Filarmoniyasinda "Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olunub - FOTO
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 18 sentyabr - Milli Musiqi Günü münasibətilə "Musiqinin gücü" layihəsi çərçivəsində konsert proqramı keçirilib.
Gəncə Dövlət Filarmoniyasından Sizinxeber.az-ya verilən məlumata görə, filarmoniyanın Xalq Çalğı Alətləri Orkestri və Kamera Orkestrinin müşayiəti ilə təşkil edilmiş konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, "Cəngi", "Arazbari", "Leyli və Məcnun" operasından "Müqəddimə" səsləndirilib.
Bildirilib ki, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Rüstəm Cəfərov, Elmir Pişnamazzadə, bəstəkarın "Sənsiz", "Sevgili canan" romanslarını, Müslüm Maqomayevin “Nərgiz” operasından “Nərgizin mahnısı”nı, Fikrət Əmirovun "Azərbaycan elləri", Niyazinin "Vətən nəğməsi", Süleyman Ələsgərovun "Neylərəm" əsərlərini ifa ediblər.
Filarmoniyanın qarşısında keçirilən konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Oxşar xəbərlər
Gəncə Filarmoniyasında Arif Məlikovun mahnılarından ibarət konsert olub
Gəncə Dövlət Filarmoniyasında Səid Rüstəmovun mahnılarından ibarət konsert olacaq
Gəncədə "Nizami klassik musiqidə" adlı gecə təşkil olunub
Gəncə Dövlət Filarmoniyası "Musiqinin gücü" layihəsini təqdim edəcək - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
