Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib
18 sentyabr - Milli Musiqi Günü münasibətilə Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib.
Sizinxeber.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri, musiqiçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov Üzeyir Hacıbəyli irsinin böyüklüyündən, onun Azərbaycan musiqisinin inkişafına verdiyi töhfələrdən bəhs edib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli isə Azərbaycan musiqisinin uğurlarının Üzeyir Hacıbəyli adı ilə bağlı olduğunu vurğulayıb.
Çıxışlardan sonra Üzeyir Hacıbəylinin, eləcə də digər musiqi xadimlərinin məzarları gül dəstələri qoyulub.
Oxşar xəbərlər
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Maestro Niyazinin məzarı ziyarət edilib
Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunub
"Nizami" operası Gəncədə nümayiş edilib - FOTO
Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













