Nazirlik: Attestasiyanın nəticələri ilə bağlı müraciətlər xüsusi komissiyalar tərəfindən araşdırılır
- 15-04-2025, 17:00
- Mədəniyyət / İncəsənət
- 0
- 1 169
Mədəniyyət Nazirliyi tərəfindən attestasiyanın nəticələri ilə bağlı müraciətlər xüsusi komissiyalar tərəfindən araşdırılır.
Bu barədə "Sizinxeber.az"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən attestasiyanı aparan komissiyaların fəaliyyətinə ciddi nəzarət edilir, onların verdikləri qərarlar təhlil olunur:
"Bu məqsədlə müvafiq əmrlə xüsusi komissiyalar yaradılıb. Hazırda komissiyalar tərəfindən attestasiya ilə bağlı iradları olan təhsilverənlərin müraciətləri araşdırılır, qanunvericiliyə uyğun tədbir görülməsi istiqamətində addımlar atılır. Komissiyalar əhalinin sosial baxımdan həssas qruplarından olan vətəndaşların müraciətlərinə xüsusi diqqət yetirir".
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədilə attestasiya keçirilib. Bakı şəhərində və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki təhsil ocaqlarını əhatə edən attestasiya prosesi maksimum şəffaf və sahənin peşəkarlarından ibarət komissiyalar tərəfindən aparılıb. Komissiyaların rəyinə əsasən, səriştə və bacarıqları tam yararsız kimi qiymətləndirilən müəllimlərin təhsil ocağı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, attestasiyadan minimal faizlə kəsilən müəllimlər üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzində müvafiq kursların təşkili nəzərdə tutulur. Həmin müəllimlər müəyyən müddət ərzində ixtisasartırma kursu keçdikdən sonra imtahan verəcəklər.
Attestasiyadan keçə bilməmiş müəllimlərin müvafiq sahələr üzrə işə qəbul imtahanlarında iştirak etmək hüquqları var.


width="220" alt="Attestasiya prosesinin videoçəkilişləri var, kəsilən müəllimlərin əmək funksiyasına xitam veriləcək" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />