Xakəndidə Həmrəylik Günü və Yeni il münasibətilə konsert keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Xakəndidə Həmrəylik Günü və Yeni il münasibətilə konsert keçirilib - FOTO


Xankəndi şəhərinin Zəfər meydanında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti keçirilib.

Sizinxeber.az-nın Qarabağ bürosu xəbər verir ki, öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsertdə şəhərin dövlət idarə, təşkilat, elm və təhsil müəssisələrinin, ictimaiyyətin nümayəndələri, gənclər, veteranlar, sakinlər iştirak edib.

Bayram tədbirində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən bəhs olunub. Qeyd olunub ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.

Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbulu üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Ali Sovet müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.

Beləliklə, hər il dekabrın 31-i xalqımız tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir.

Qeyd edək ki, bir neçə saat davam edən bayram konsertində ölkənin tanınmış incəsənət xadimlərinin, rəqs kollektivlərinin çıxışları olub.

Oxşar xəbərlər

Xankəndidə Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı hazırlıqlara başlanıb - FOTO
Zəngilanın Ağalı kəndində bayram konserti təşkil edilib - FOTO
Cəbrayıl şəhərində Zəfər Günü qeyd olunub
Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə tədbir keçirilir - FOTO
FHN-in regional mərkəzlərində Həmrəylik Günü və Yeni illə bağlı tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər