sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Cəbrayıl şəhərində Zəfər Günü qeyd olunub
8 Noyabr - Zəfər Günü münasibətilə Cəbrayıl şəhərində ilk dəfə bayram konserti keçirilib.
Sizinxeber.az xəbər verir ki, bayram şənliyində Cəbrayıl şəhər və Cocuq Mərcanlı kənd sakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak edib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsert proqramında Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının və Beynəlxalq Muğam Mərkəzinin solistlərinin ifasında musiqi nömrələri səsləndirilib.
Oxşar xəbərlər
Zəngilanın Ağalı kəndində bayram konserti təşkil edilib - FOTO
Füzulidə Zəfər Günü ilə bağlı konsert keçirilib - FOTO
Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə tədbir keçirilir - FOTO
Füzuli Şəhəri Günü Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində qeyd olunub - FOTO
Cəbrayıl şəhərində ilk dəfə Zəfər Günü qeyd olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













