Xankəndidə Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı hazırlıqlara başlanıb - FOTO
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə işğaldan azad edilən Xankəndi şəhərində bayrama hazırlıq işləri görülür.
APA-nın Qarabağ bürosu xəbər verir ki, 34 ildən sonra Xankəndi şəhərində bayram tərtibatı işlərinə xeyli sayda işci qüvvəsi və texnikalar cəlb edilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. Şəhərin Zəfər meydanında şam ağacı qurulub. Küçələr yeni il atributları ilə bəzədilir. Ağacların üzərində rəngli işıq sistemi və effektlər quraşdırılır.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bu il ilk dəfə olaraq dekabr ayının 26-dan yanvarın 4-dək Xankəndi şəhərində qış nağılı yarmarkası keçiriləcək. Dekabrın 28-də isə Xankəndi şəhərində konsert proqramı olacaq.
Oxşar xəbərlər
Paytaxtda Yeni ilə hazırlıq tədbirləri aparılır - FOTO
Xankəndi şəhərində Zəfər Günü münasibətilə yürüş keçirilir - FOTO - VİDEO
Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
