Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Azərbaycan-İsrail Beynəlxalq Assosiyasiyasının” (Azİz) təşkilatçılığı ilə Azərbaycan-İsrail kinematoqrafçılarının birgə istehsalı olan “Sevgimizin yolları” filminin təqdimatı keçirib.
Sizinxeber.az xəbər verir ki, tədbirdə tanınmış ictimai xadimlər, sənət adamları iştirak ediblər.
“Sholumi”(İsrail) studiyasının məhsulu olan ekran əsərində azərbaycanəsilli aşkenazi yəhudisi ilə müsəlman azərbaycanlının əbədi məhəbbət hekayəsindən bəhs edilir, həmçinin İsrail və Azərbaycan xalqlarının dostluğu tərənnüm olunur. Filmin qəhrəmanları Mixail və Yeganə Salmanlar hazırda İsraildə yaşayır və hər ikisi Azərbaycan-İsrail xalqları arasında münasibətlərin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfələr verən diaspor fəallarıdırlar.
Filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov (Azərbaycan), prodüsser Shaul Siman-Tovdur (İsrail), operatorları Röyal Quluzadə, Vüsal Nazimoğlu və Sərxan Mədətlidir (Azərbaycan).
Oxşar xəbərlər
İsraildə Azərbaycan rejissorunun yeni filmləri təqdim olunub
Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi Münhendə təqdim olunub
“Nizami: daxili aləm” adlı sənədli filmin təqdimatı olub
Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi Münxendə təqdim olunub
“Nizami: daxili aləm” adlı sənədli filmin təqdimatı olub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
-
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
