Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi Münhendə təqdim olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
dek
2024
14:00
0
0
1 563
ff

Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi Münhendə təqdim olunub

06 dek, 2024
14:00
1 563

Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi Münhendə təqdim olunub

Almaniyanın Münhen şəhərində azərbaycanlı rejissor Rüfət Əsədovun “Mənim dostum Meir” sənədli filminin təqdimatı keçirilib.

“Sizinxeber.az”un məlumatına görə, tədbirdə Münhendə yaşayan Azərbaycan və yəhudi diasporlarının fəalları, mədəniyyət xadimləri iştirak ediblər.

Təqdimatda çıxış edən filmin rejissoru Azərbaycanda dövlət səviyyəsində uğurla həyata keçirilən etnik birgəyaşayışın əhəmiyyətindən danışıb.

R.Əsədov filmdə Azərbaycanda yaşayan dağ yəhudilərinin doğulub boya-başa çatdıqları ölkəyə sonsuz məhəbbətlərinin, Ana Vətənə bağlılıqlarının tərənnüm olunduğunu vurğulayıb.

O həmçinin ekran əsərinin dağ yəhudilərinin Azərbaycanda qorunub saxlanılan adət-ənənələrindən və milli-mənəvi dəyərlərindən bəhs etdiyini bildirib.

Qeyd olunub ki, film Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işidir.

Bizimlə əlaqə saxlayın

×
×