“Nizami: daxili aləm” adlı sənədli filmin təqdimatı olub - FOTO
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və Türkiyənin birgə məkdaşlığı çərçivəsində hazırlanan “Nizami: daxili aləm” adlı sənədli filmin təqdimatı olub.
APA xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, mədəniyyət sahəsində fəaliyyət göstərən nüfuzlu şəxslər, Türkiyədən olan nümayəndələr və sənətsevərlər iştirak ediblər.
Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Kino Agentliyinin sifarişi ilə Türk kinematoqrafçılar tərəfindən istehsal edilib və dahi şair Nizami Gəncəviyə həsr olunub. “Nizami Gənvəvi: daxili aləm” filminin istehsalında beynəlxalq təcrübəyə malik yaradıcı heyət və ekspertlər birgə iş aparıblar.
Qeyd edək ki, filmin icraçı prodüsseri və rejissoru Atakan Kerküklü, ssenari müəllifi isə Kristina Lin Morellidir.
Oxşar xəbərlər
“Nizami: daxili aləm” adlı sənədli filmin təqdimatı olub
"Azərbaycan Atabəyləri" bədii-sənədli filminin qala gecəsi keçirilib - FOTO
COP29 dialoqlarına həsr olunmuş film nümayiş edilib
Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda Qran-Pri qazanıb
Gəncədə "Nizami klassik musiqidə" adlı gecə təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













