Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi Münxendə təqdim olunub
- 6-12-2024, 13:50
- Mədəniyyət / İncəsənət
- 0
- 1 273
Almaniyanın Münxen şəhərində iş adamı və diaspor fəalı Emin Salimovun təşəbbüsü və Avropa Yanuş Korçak Akademiyasının dəvəti ilə azərbaycanlı rejissor Rüfət Əsədovun “Mənim dostum Meir” sənədli filminin təqdimatı keçirilib.
APA xəbər verir ki, tədbirdə Münxendə yaşayan Azərbaycan və yəhudi diasporlarının fəalları, mədəniyyət xadimləri iştirak ediblər.
Təqdimatdan əvvəl tamaşaçılarla görüşən rejissor R. Əsədov Azərbaycanda dövlət səviyyəsində uğurla həyata keçirilən etnik birgə yaşayışın əhəmiyyətindən danışıb, təqdim olunan filmin ölkəmizdə yaşayan dağ yəhudilərinin doğulub boya-başa çatdığı Azərbaycana sonsuz məhəbbətlərinin, Ana Vətənə bağlılıqlarının tərənnüm olunduğunu vurğulayıb.
O, həmçinin, ekran əsərinin dağ yəhudilərinin Azərbaycanda qorunub saxlanılan adət-ənənələrindən və milli-mənəvi dəyərlərindən bəhs etdiyini bildirib.
Qeyd olunub ki, film Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işidir.
Ekran əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə və maraqla qarşılanıb.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />