"Şah Abbas Namə" tamaşasının premyerası keçirilib
- 23-06-2025, 17:00
- Mədəniyyət / İncəsənət
- 0
- 7 621
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Şah Abbas Namə" tamaşasının premyerası keçirilib.
Teatrın mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, iyunun 21-də və 22-də yazıçı-dramaturq İlqar Fəhminin "Şahnamə" pyesi əsasında hazırlanan “Şah Abbas Namə” adlı tamaşanın premyerası baş tutub.
Premyera günlərində dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səfəvi-Qızılbaş imperiyasının yüksəliş dövrünə həsr olunan ikihissəli tarixi dramın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı teatrın baş rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Aygül Quliyeva, rejissoru Səbinə Məmmədzadə, rejissor assisentləri Fuad Cavadzadə, Nəsibə Canəliyevadır.
Tamaşada Sənan Kazımlı, Niyaz Qasımov, Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Nicat Kazımov, Elnur Kərimov, Nofəl Vəliyev, Elnur Hüseynov, Rasim Cəfər, aktyorlar Mətləb Abuşov, Kərəm Hadızadə, Aydın Dəmirov, Anar Seyfullayev, Ceyhun Məmmədov, Elşən Hacıbabayev, Ramil Məmmədov, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Manaf Dadaşov, Rəşad Səfərov, Elgün Yəhyayev, Anar Səfiyev, İlhan Sadıqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Ramiq Nəsirov, Tahir İsmayılov, Vüqar Məmmədəliyev, Xaliq Bəkirov, Hilal Dəmirov, Eldar İmanov, Yaşar Heydərli iştirak edirlər.
Dördhissəli tarixi-psixoloji dram "Şah Abbas Namə" tamaşası Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrdə 16 yaşlı Şah Abbasın hakimiyyətə gəlişindən, ölkə sərhədlərini genişləndirmək, ərazi bütövlüyünü qorumaq uğrunda apardığı döyüşlərdən, saraydaxili qanlı toqquşmalardan bəhs edir. Rejissorun bədii baxışı ilə təqdim olanan səhnə əsərində tarixin ən parlaq və ziddiyyətli fiqurlarından olan Şah Abbas ömrünün son günlərində belə hakimiyyətin və ölkənin taleyi naminə soyuqqanlı, amansız qərarlar qəbul etməkdən çəkinmir.


width="220" alt="Gənc Tamaşaçılar Teatrında “Solğun çiçəklər” tamaşasının premyerası olub - FOTO" />
width="220" alt=""İblis və..." tamaşasının premyerası Sankt-Peterburqda olacaq" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />