Azərbaycanda həbs edilən Fransa şirkətinin rəhbəri barəsində hökm dəyişdirilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda həbs edilən Fransa şirkətinin rəhbəri barəsində hökm dəyişdirilib


Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

APA-nın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsi Anass Derrazın cəzasını 3 il azaldıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, o, 12 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Məlumatlara əsasən, Fərhad Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.

Məlum olmayan formada istintaqın əlinə keçən Anass Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, Aleksandr Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.

Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Oxşar xəbərlər

Yaxtasını azad etmək üçün Fərhad Əhmədovdan 6 milyon dollar istənilib - DTX-nın həbs etdiyi Fransa şirkətinin vitse-prezidentinin məhkəməsi
DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib
İNTERPOL Makronun Mühafizə rəisi Benallanı “Qırmızı Bülleten”lə axtarışa verib - FOTO
Rüşvət almaqda ittiham olunan fransız iş adamı Anass Derraz: Fərhad Əhmədovdan 200 min dollar avans almışdım
Makronun adamlarının qalmaqallı korrupsiyasına dair ŞOK SƏNƏDLƏR YAYILDI - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər