Muxtar Babayev: Plenar iclaslarda qərar və nəticə layihələrini qəbul edəcəyik
Bu axşamkı plenar iclaslarda hazır olan qərar və nəticə layihələri qəbul ediləcək.
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kyoto Protokolunun Tərəflərinin görüşünün (CMP19) və Paris Sazişi Tərəflərinin görüşünün (CMA6) bağlanış plenar iclasında deyib.
O bildirib ki, artıq son mərhələdir: "İki həftədir çox gərgin şəkildə çalışırıq və heç kəs əsas hədəflərə dair yaxşı bir nəticə əldə etmədən ayrılmaq istəmir. Dünyanın diqqəti üzərimizdədir. Ancaq zaman bizim tərəfimizdə deyil. Bu səbəbdən əməkdaşlıqların artırılmasını xahiş edirəm.
Mən və komandam qarşıdakı saatlarda sizinlə birgə çalışacağıq. İndi COP tərəfindən qəbul ediləcək qərarların və nəticələr dəyərləndirilməsi aparılacaq. Mən həmçinin sədrlik tərəfindən aparılan məsləhətləşmələrin nəticələri barədə məlumat verəcəyəm".
Oxşar xəbərlər
COP29-un birinci plenar iclası başa çatıb
Muxtar Babayev: Qarşıdakı 12 gün ərzində çox iş görülməlidir
Muxtar Babayev: İtki və Zərərə cavab verən Fondu tam işə salmaq lazımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
