“UN Women”in nümayəndəsi: İqlim dəyişikliyi qadınların həyatına ciddi təsir göstərir
sizinxeber.az xəbər saytı

“UN Women”in nümayəndəsi: İqlim dəyişikliyi qadınların həyatına ciddi təsir göstərir


Qadınlar iqlim fəaliyyətinin ön sıralarındadır və şəffaflıq hesabatlarında təmsil olunmalıdırlar.

“Sizinxeber.az” xəbər verir ki, bunu “UN Women”in iqtisadi hüquqların genişləndirilməsi şöbəsinin rəhbəri Cemima Ndzuki "Gender Bərabərliyi Günü. Şəffaflıqda Gender Tərəflər Konfransının 29-cu sessiyası"nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi qadınların həyatına ciddi təsir göstərir, lakin bu təsir çox vaxt cəmiyyət tərəfindən tanınmır: "Proqnozlarımıza görə, ən pis iqlim ssenarisində 2050-ci ilə qədər iqlim dəyişikliyi 158 milyondan çox qadını yoxsulluğa sürükləyəcək və 236 milyon qadın üçün ərzaq təhlükəsizliyi problemini daha da ağırlaşdıracaq".

C.Ndzuki dünya birliyini gender bərabərsizliyi problemlərinə daha çox cəlb olunmağa və qadınların əsas vəzifələrdə təmsilçiliyinə diqqət yetirməyə çağırıb: "Bundan addım hər kəs faydalanacaq və qadınlar üçün də davamlı gələcəyi təmin edə biləcəyik".

Oxşar xəbərlər

BMT rəsmisi: İqlim dəyişikliyi qadınların suya çıxışına daha çox təsir göstərir
Komitə sədri: Gender bərabərliyi davamlı və ədalətli iqlim gələcəyi üçün vacib şərtdir
Təşkilat Komitəsinin üzvü: COP29 Azərbaycanın iqlim dəyişməsinə həssaslığının bariz nümunəsidir
BMT nümayəndəliyi COP29 çərçivəsində iqlim mütəxəssislərini Azərbaycana dəvət edəcək
Dövlətlər iqlim dəyişikliyinin mənfi təsirinin qarşısının alınmasına görə məsuliyyət götürməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle