EBRD: Hərraclar "yaşıl enerji" keçidində region üçün dönüş nöqtədir
sizinxeber.az xəbər saytı

EBRD: Hərraclar "yaşıl enerji" keçidində region üçün dönüş nöqtədir


Bərpa olunan enerji sahəsində hərracların təşkili region, dünya üçün prioritet məsələdir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Yaşıl İqtisadiyyat və İqlim Fəaliyyəti komandasının direktoru Gianpiero Nacci COP29 çərçivəsində Azərbaycanda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının tikintisi üzrə ilk bərpa olunan enerji hərracının qalibinin elanı ilə bağlı keçirilən tədbirdə bildirib.

"Bu hərracın uğurla keçirilməsi həm Azərbaycan, həm də region üçün "yaşıl enerji" keçidində dönüş nöqtəsidir. Bu, ölkədə və regionda imkanlar haqqında güclü siqnaldır, bərpa olunan enerjiyə yeni özəl investisiyalara həqiqətən inanmaq və iqlim hədəflərinə doğru irəliləmək deməkdir", - o vurğulayıb.

G. Naccinin sözlərinə görə, bu hərrac Azərbaycan hökumətinin bərpa olunan enerjiyə sərmayə qoyuluşu üçün necə şərait yarada biləcəyinin, daha dayanıqlı və diversifikasiya olunmuş enerji sektoruna keçidi təmin edə biləcəyinin çox yaxşı nümunəsidir: "Ümumiyyətlə, bərpa olunan enerji sahəsində hərraclar region, dünya üçün prioritetdir və EBRD olaraq biz bunu həyata keçirmək üçün böyük resurslar ayırırıq. İnanırıq ki, hərraclar təkcə bərpa olunan enerji investisiyalarını artırmaq üçün deyil, həm də özəl sektoru cəlb etmək, investisiya tempini sürətləndirmək üçün çox effektiv bir yoldur".

Oxşar xəbərlər

COP29 çərçivəsində Azərbaycanda ilk bərpa olunan enerji hərracının qalibi elan edilib
Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərracın qalibi COP29-da elan ediləcək - EKSKLÜZİV
EBRD rəsmisi: "Azərbaycanla bərpa olunan enerji əməkdaşlığından məmnunuq"
Pərviz Şahbazov: "Bərpa olunan enerji dəhlizləri qlobal inkişafda liderlik öhdəliyimizi əks etdirir"
Nazir müavini: "Azərbaycan enerji sektorunu daha çox bərpa olunan mənbələr hesabına şaxələndirir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər