Aygün Əliyeva: Xəzər dənizindəki problem ondan asılı olan milyonlarla insanı təhdid edir
Xəzər dənizindəki problem təkcə ətraf mühiti deyil, həm də ondan asılı olan milyonlarla insanı təhdid edir.
"Sizinxeber.az" xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva COP29 çərçivəsində keçirilən "Xəzər dənizi və davamlı inkişaf: Ətraf mühitin mühafizəsi" adlı forumda deyib.
Onun sözlərinə görə, Xəzər dənizi də iqlim dəyişikliyinin təsirlərinə məruz qalır:
"İqlim dəyişikliyi, məsuliyyətsiz insan fəaliyyəti öz təsirini göstərir və sübutlar göz önündədir. İldən-ilə dəniz daha da geri çəkilir. Bu vəziyyət bizim yaratdığımız problem deyil, sərhədlərimizdən kənarda olan qüvvələrin işidir. Çünki Xəzəri qidalandıran çayların mənbəyi ölkə ərazisindən kənarda yerləşir".
A.Əliyeva bildirib ki, Xəzər dənizinin üzləşdiyi problemlə bağlı təcili və cəsarətli tədbirlər görülməsə, geridönüş mümkün olmayacaq:
"Xəzər dənizindəki problem təkcə ətraf mühiti deyil, həm də ondan asılı olan milyonlarla insanı təhdid edir. Biz humanitar böhranla üzləşirik. Saysız-hesabsız insanın dolanışığı, mədəniyyəti və gələcəyi təhlükə altındadır".
İcraçı direktor Xəzər dənizindəki problemin həll etmək üçün regional əməkdaşlığa və qlobal həmrəyliyə diqqət çəkib.
Oxşar xəbərlər
Professor-okeanoloq: COP29 Xəzərin problemlərinin müzakirəsi üçün mühüm platforma olacaq
Alim-okeanoloq: Xəzər dənizinin səviyyəsinin daha da aşağı düşməsi balıqçılıq üçün fəlakət deməkdir
Rusiyalı diplomat: Xəzər regionunun birləşdirici rolu artacaq
Rusiya XİN Xəzər dənizi üzrə danışıqların əsas məqsədini açıqlayıb
Aygün Əliyeva: İnsan kapitalının gücləndirilməsi ilə Türk coğrafiyasının inkişafına nail olmaq olar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












