Alim-okeanoloq: Xəzər dənizinin səviyyəsinin daha da aşağı düşməsi balıqçılıq üçün fəlakət deməkdir
sizinxeber.az xəbər saytı

Alim-okeanoloq: Xəzər dənizinin səviyyəsinin daha da aşağı düşməsi balıqçılıq üçün fəlakət deməkdir


BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının qarşıdan gələn 29-cu sessiyasında (COP29) Xəzər dənizinin dayazlaşması problemini nəzərdən keçirmək, həmçinin bu problemi mətbuatda işıqlandırmaq lazımdır.

Bu barədə “Report”a açıqlamasında Rusiya Dövlət Hidrometeorologiya Universitetinin UNESCO-IOC-nin Tətbiqi Okeanoqrafiya və Sahil Zonasının Kompleks İdarəedilməsi kafedrasının professoru Valeri Malinin məlumat verib.

Alim qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin daha da aşağı düşməsi ilə dəniz suyu şoranlaşmağa başlayacaq, nəticədə su ekosistemi təhlükə altında olacaq.

“Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi balıqçılıq üçün fəlakət deməkdir, çünki hövzənin şimal hissəsində qiymətli balıq növlərinin kürü tökmə yerləri quruyacaq”, - o deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ildə keçirilmiş Xəzər sammitində dənizin səviyyəsinin kəskin şəkildə aşağı düşməsindən ciddi narahatlığını bildirib”, - ekspert əlavə edib.

Alim vurğulayıb ki, Xəzər dənizinin səviyyəsinin uzunmüddətli proqnozlaşdırılması üçün etibarlı metodlar yoxdur: “Bu məqsədlə ən çox istifadə olunan iqlim modelləri hətta Xəzər dənizinin müasir iqlimini də zəif təsvir edir ki, bu da dəniz səviyyəsinin uzunmüddətli perspektivdə (əsrin sonu) proqnozlaşdırılması üçün onların yararsız olduğunu göstərir.

Bununla belə, V.Malinin hesab edir ki, Xəzər dənizinin dayazlaşması ilə bağlı problemlərə baxmayaraq, onun Aral dənizinin taleyini yaşaması mümkün deyil.

Oxşar xəbərlər

Professor-okeanoloq: COP29 Xəzərin problemlərinin müzakirəsi üçün mühüm platforma olacaq
Xidmət rəisi: Xəzər dənizinin səviyyəsinin düşməsi davam edir
Xidmət rəisi: Hazırda Xəzərdə kəskin enmə prosesləri müşahidə edilir
Xəzər dənizinin Azərbaycana mənsub bölməsində aşkar olunan qaçaqmal götürülüb
Xəzərdə kəskin enmə prosesləri müşahidə edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər