Rik Dyuk: "Tullantı sektorunda investisiyaların metan azaldılmasına dair faydalarını maksimuma çatdırdığından əmin olmalıyıq"
Tullantı sektorunda iqlim fəaliyyəti üçün daha çox maliyyə vəsaitinə ehtiyac var.
"Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Departamentində ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk COP29 çərçivəsində keçirilən "İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan qazının azaldılması" mövzusunda tədbirdə deyib.
"COP29 Sədrliyinə Üzvi Tullantılardan Metan Qazının Azaldılması (ROW) haqqında Bəyannamə irəli sürdüyü üçün təşəkkür etmək istərdim. Bu bəyannaməyə dəstəyimizi təsdiqləyirik", - o qeyd edib.
Onun sözlərinə görə, tullantı sektorunda investisiyaların metan azaldılmasına dair faydalarını maksimuma çatdırdığından əmin olmalıyıq: "ABŞ Dünya Bankı, Afrika İnkişaf Bankı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə birgə tullantı metanı üzrə kreditləşməni artırmaq və mövcud tullantı sektoru kreditləşməsinin iqlim faydalarını artırmaq üçün çalışırıq. Artıq Dünya Bankı tullantı sektoruna qoyduğu milyardlarla dollar investisiya və kreditləşmənin metan emissiyasının azaldılmasına təsirini genişləndirir. Bu istiqamətdə daha çox irəliləyişin olacağını gözləyirik".
Oxşar xəbərlər
Muxtar Babayev: Metan emissiyalarının 20 %-i tullantı sektorunun payına düşür
UNEP rəsmisi: "2050-ci ilə qədər bərk məişət tullantıları 85 % artacaq"
Benedikt Lagman: "Üzvi tullantıların 70 %-nin təkrar emalı üzrə öhdəlik götürülməlidir"
Yaponiyalı nümayəndə: Qida itkisinin azaldılması davamlı qida istehsalına müsbət təsir göstərə bilər
“Solutions for Our Climate”: Almaniya metan emissiyasının azaldılmasında lider olmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












