Muxtar Babayev: İKT sektoru qlobal emissiyaları minimuma endirmək üçün hərəkətə keçməlidir
İnformasiya və kommunikasiya texnologiyaları sektoru hazırda qlobal emissiyaların 4%-ə qədərini təşkil edir. Bu təsiri minimuma endirmək üçün hərəkətə keçməliyik.
APA xəbər verir ki, bunu Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə Yüksək Səviyyəli Dəyirmi Masada çıxışı zamanı COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, Beynəlxalq Telekommunikasiya İttifaqı və COP29 sədrliyi tərəfindən irəli sürülən Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsi bu istiqamətdə fəaliyyətə çağırışdır.
“Bu Bəyənnamə iqlim fəaliyyətinə təkan verən rəqəmsal həlləri tətbiq etmək üçün birgə cari işimizi təsvir edir. Bu platforma rəqəmsal texnologiyaların emissiyaların azaldılmasını, iqlimə uyğunlaşmanı və dayanıqlığın yaradılmasını necə sürətləndirə biləcəyini müzakirə etmək üçün əla fürsət olacaq” - Muxtar Babayev əlavə edib.
Oxşar xəbərlər
Nazir: İKT sektorundan emissiyalar qlobal ümumi həcmin 8 faizinə çata bilər
Yaşıl Rəqəmsal Fəaliyyətin açılış sessiyası keçirilib
Vitse prezident: Dünya Bankı yaşıl rəqəmsal sərmayələrini 700 milyon dollara çatdırıb
Nigar Arpadarai: COP29-un əsas mövzusu maliyyə olacaq, özəl sektoru buna cəlb etməyi düşünürük
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
