Avropa bankı: İrimiqyaslı nüvə enerjisi layihələrinə dəstək siyasətimizə uyğun deyil
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) özəl sektora istiqamətlənmiş bank olduğu üçün irimiqyaslı nüvə enerjisi layihələrinə çox zaman dəstək göstərmir.
"Report" xəbər verir ki, bunu EBRD-nin Siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının maliyyələşdirilməsi" adlı tədbirdə deyib.
O bildirib ki, belə layihələr adətən dövlət tərəfindən maliyyələşdirilən irimiqyaslı layihələr olduğundan EBRD-nin biznes modelinə uyğun deyil: "Ancaq biz yeni texnologiyalar kontekstində nüvə sektorunda baş verənləri çox yaxından izləyirik. Bu inkişafları izləməkdə geri qalmamağa çalışırıq. Təbii ki, maliyyələşdirmə mərhələsində layihələr təqdim olunarsa, bu yenə də müzakirə üçün direktorlar şurasına təqdim olunacaq".
Oxşar xəbərlər
EBRD rəsmisi: "Azərbaycanla bərpa olunan enerji əməkdaşlığından məmnunuq"
Fatih Birol: "Nüvə enerjisi sahəsində inkişaf üçün iki əsas problem həll edilməlidir"
IAEA-nın direktoru: "Azərbaycan enerji həlləri sırasına nüvəni də əlavə etməyi düşünür"
EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb
İdarəedici direktor: "EBRD COP29-da mühüm kredit sazişləri imzalamağa hazırlaşır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












