Kamerunlu ekofəal: İqlim dəyişikliyinin səbəbkarı bunun qurbanı olanlar deyil, qaydaları müəyyən edənlərdir
sizinxeber.az xəbər saytı

Kamerunlu ekofəal: İqlim dəyişikliyinin səbəbkarı bunun qurbanı olanlar deyil, qaydaları müəyyən edənlərdir


Qlobal iqlim siyasəti müzakirələrində buna səbəb olan qüvvələr fikri yayındırmaqla məşğul olurlar. Halbuki iqlim dəyişikliklərinin səbəbkarı bunun qurbanı olanlar deyil, qaydaları müəyyən edənlərdir.

"Sizinxeber.az" xəbər verir ki, bunu COP29-da kolonializmə qarşı aksiya keçirən kamerunlu ekofəal Elisabeth Mokogo-Bama deyib.

O qeyd edib ki, qlobal istiləşməyə səbəb olanlar etdikləri və etmədiklərinin əvəzini ödəməlidirlər:

"Mən cənub ölkələrini, xüsusən Afrikadakı Konqo hövzəsini misal çəkirəm. Oranın oksigen baxımından ən böyük hövzələrdən biri olduğunu anlamalıyıq. Lakin Konqo kolonializmin qurbanıdır və böyük dövlətlər, şirkətlər tərəfindən dağıdılır. Ətraf mühitin mühafizəsi ilə bağlı siyasətdən danışırıq, lakin Qərb ölkələrində mövcud durumdan faydalanan şirkətlər üçün bu qaydalar məcburi deyil".

Ekofəal qeyd edib ki, onun təşkil etdiyi aksiyanın iştirakçıları iqlim ədaləti istəyir:

"Bədəli təbiəti çirkləndirənlər ödəməlidirlər. Lakin bundan öncə davamlı həllər istəyirik. Dünyanın oksigen təchizatı hövzələri ilə bağlı qərarlarda bu dövlətlərin iştirakına icazə verilsin. Çünki məsuliyyət bizim üzərimizə qoyulur. Halbuki qaydalar başqa yerdə qoyulub. Biz artıq bütün dünyada ətraf mühitin idarə edilməsində müstəmləkəçilik istəmirik".

Oxşar xəbərlər

COP29-da kolonializmə qarşı aksiya keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
QHT: Qlobal Şimalın zəngin ölkələri iqlim fəaliyyətləri üçün real pul ödəməlidirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saymon Stil: COP29 maliyyə üzrə qlobal məqsədlər razılaşdırılmadan bağlanmamalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qlobal İqlim Ədalət Fəaliyyəti lideri: Varlı ölkələr iqlimlə mübarizə üçün pul ödəməlidirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər