“Azərsun Holdinq”in COP29 hazırlıqları yekunlaşmaq üzrədir
Məlum olduğu kimi dünya əhəmiyyətli, beynəlxalq layihə olan COP29-un başlamasına sayılı günlər qalıb. COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı olan “Azərsun Holdinq”in hazırlıqları da yekunlaşmaq üzrədir. Mavi zonada “Azerçay” markası ilə təmsil olunan şirkətlər qrupu həmçinin layihənin əsas çay təminatçısıdır. Eyni zamanda Yaşıl zonada 300 kv metrlik ərazini əhatə edən pavilyona sahibdir. Vurğulamaq lazımdır ki, 11-22 noyabr tarixlərində keçiriləcək qlobal konfrans çərçivəsində şirkətlər qrupunun pavilyonunda müxtəlif tədbirlər keçiriləcək. Hazırlıq işləri ilə tanış olmaq, görülən işləri nəzərdən keçirmək üçün holdinqin nümayəndələri və tərəfdaşları Sustainera Solutions şirkətinin və Media Balans agentliyinin rəhbərləri pavilyona baş çəkiblər.
Qeyd edək kİ, “Azərsun Holdinq” öncəki illərdə də ölkəmizdə təşkil olunan bir çox qlobal layihələrin əsas tərəfdaşı qismində çıxış edib və hər kəsi Yaşıl zonada yerləşən pavilyonu ziyarət etməyə dəvət edir.
Oxşar xəbərlər
“Azərsun Holdinq” Cəbrayıla köçən ailələrə sovqat çatdırıb
“Azərsun Holdinq”in minifutbol komandası ikiqat Avropa çempionu olub - FOTO
“Rhenus Group” şirkəti COP29 tədbirinin tərəfdaşı olacaq
"Azərsun Holdinq" zeytun qəbuluna start verib
"Azərsun Holdinq": Cəbrayılda 300-ə yaxın sakini işlə təmin edəcik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













