“Azərsun Holdinq”in minifutbol komandası ikiqat Avropa çempionu olub - FOTO
sizinxeber.az xəbər saytı

“Azərsun Holdinq”in minifutbol komandası ikiqat Avropa çempionu olub - FOTO


“Azərsun Holdinq”in minifutbol komandası Antalyada keçirilən” Euro Business Cup” çempionatda növbəti dəfə böyük uğur qazanıb. Turnirdə qrup mərhələsində yüksək performans göstərən komanda rəqiblərinə qarşı böyük əzmkarlıq nümayiş etdirərək qalib gəlib və qrup lideri olaraq finala yüksəlib.

Finalda “Azərsun” Rumınyanın “CATEN Racing” komandası ilə mübarizə aparıb. Bu həlledici qarşılaşma çox gərgin və dinamik keçib.

“Azərsun Holdinq”in minifutbol komandası oyun ərzində taktiki çeviklik nümayiş etdirərək, rəqibini 4-3 hesabı ilə məğlub etməyi bacarıb. Bu möhtəşəm qələbə nəticəsində ikiqat“Azərsun Holdinq” Avropa çempionu titulunu qazanıb.

Qeyd edək ki, “Azərsun Holdinq” keçən il də bütün rəqiblərini üstələyərək Avropa kubokunu Azərbaycana gətirmişdi.

Oxşar xəbərlər

“Azərsun Holdinq” Cəbrayıla köçən ailələrə sovqat çatdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərsun Holdinq" zeytun qəbuluna start verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərsun Holdinq": Cəbrayılda 300-ə yaxın sakini işlə təmin edəcik [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərsun Holdinq": Cəbrayılda 300-ə yaxın sakin işlə təmin ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Liqasında Liqa mərhələsinin I turunun oyunları keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər