QMİ sədri COP çərçivəsində Dini liderlərin Məşvərət Şurasının yaradılmasını təklif edib
“COP29 çərçivəsində bəşəriyyətin gələcəyi naminə Azərbaycanın irəli sürdüyü mühüm təşəbbüslərdən biri də Qlobal atəşkəs təşəbbüsüdür və mən dünyamızın xilası, övladlarımızın gələcəyi naminə bütün dini liderləri bu təşəbbüsə dəstəyimizi ifadə etməyə çağırıram”.
Sizinxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
“Bu məramla, BMT-nin COP çərçivəsində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını da təklif edirik. Belə bir qurum COP sessiyaları arası müddətdə ictimai əhəmiyyətli səmərəli layihələr həyata keçirə, din və ekoloji etika mövzusunda maarifləndirici tədbirlər, ədəbiyyat nümunələri hazırlaya bilər. Əminəm ki, COP 29 Bakı sammitində dini platformanın təklifinə təqdirlə yanaşılacaq və Sammitimizin Yekun sənədində dünya dini liderlərinin müdrik fikir və səmərəli tövsiyələri dövlət və ictimaiyyət xadimlərinin bu istiqamətdə səylərinə mənəvi dəstək və dəyərli töhfə olacaqdır”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
QMİ sədri BMT-nin COP çərçivəsində Dini liderlərin Məşvərət Şurasının yaradılmasını təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Allahşükür Paşazadə Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində Dini Liderlərin Qlobal Bakı Sammiti keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Baş katibi: Dini liderlərin fəaliyyəti iqlim ədalətinin əldə edilməsi üçün vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şeyxülislam Allahşükür Paşazadə sabah Özbəkistana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












