Vladanka Andreyeva: “2050-ci ilə qədər sıfır karbon hədəfinə çatmaq üçün imkan pəncərəsi daralır”
2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmaq və qlobal istiləşməni 1,5 dərəcə səviyyəsinin altında saxlamaq üçün imkan pəncərəsi sürətlə bağlanır.
“Sizinxeber.az” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda təşkil edilən 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda bildirib.
“Biz ambisiyaları artırmalıyıq, bu çox vacibdir. Ölkələrin öhdəliklərini daha da gücləndirməsini istəyirik. Yeni vədlər, qlobal orta temperaturu 1,5 dərəcənin altında saxlamaq üçün dünyanın kollektiv şəkildə düzgün istiqamətdə addımlayıb-addımlamadığını müəyyən edəcək. COP29-a ev sahibliyi edəcək Azərbaycan yeni milli səviyyədə müəyyənləşdirilmiş töhfələrini bu tədbirdən əvvəl təqdim edəcək. Lakin təkcə iddialar kifayət deyil - icra prosesini genişləndirməli və iqlim maliyyəsini artırmalıyıq. Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün adaptasiya və mitiqasiya üçün maliyyə çox əhəmiyyətlidir”, - deyə o qeyd edib.
V. Andreyeva vurğulayıb ki, gələcək illər cəsarətli iqlim tədbirləri üçün mühüm bir dövrdür: "Biz bütün tərəfdaşlarla və hökumətə dəstək olaraq iqlim gündəliyini dəstəkləyəcəyik".
Oxşar xəbərlər
Vladanka Andreyeva: BMT COP29-un keçirilməsində Azərbaycana dəstək vermək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vladanka Andreyeva: DİM-lərə nail olmağı Azərbaycandan öyrənməyə hazır olan ölkələr var [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin Rezident Əlaqələndiricisi: Azərbaycanda COP29-a hazırlıqlar çox yaxşı gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səməd Bəşirli: "Karbon vergisində fərqli davranmaq şansımız olmayacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: "Yaşıl infrasturkutur"u və "yaşıl ekosistem"i inkişaf etdirməyə məcburuq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












