Azərbaycan səfiri BMqT-nin Norveç missiyasının başçısı ilə COP29-u müzakirə edib
Azərbaycanın Norveçdəki səfiri Zaur Əhmədov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Norveçdəki missiyasının başçısı Fumiko Naqano ilə COP29-u müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə təşkilatın Norveçdəki missiyasının mətbuat xidməti məlumat yayıb.
“Ötən həftə [İsveçin paytaxtı] Stokholmda missiya başçımız Fumiko Naqano Azərbaycanın Norveçdəki səfiri Zaur Əhmədovu ziyarət edib. BMqT Könüllü Qayıdış və Reinteqrasiya Proqramı üzrə əməkdaşlıq və Bakıda keçiriləcək COP29 barədə səmərəli müzakirə aparılıb”, – missiyanın sosial şəbəkə hesabında bildirilib.
Xatırladaq ki, sentyabrın 24-də COP29 Sədrliyi və BMqT iqlim dəyişikliyi, sülh və insan mobilliyi arasındakı əlaqə mövzusunda Yüksək Səviyyəli Dəyirmi Masa təşkil etmişdilər.
Oxşar xəbərlər
Muxtar Babayev BMqT rəsmisi ilə COP29-a hazırlıqlar ətrafında fikir mübadiləsi aparıb
XİN-in xüsusi tapşırıqlar üzrə səfiri UNOPS-in icraçı direktoru ilə görüşüb
IOM-in baş direktoru: Azərbaycanın COP29-a sədirliyini səbirsizliklə gözləyirik
Azərbaycanın XİN başçısı İƏT-in Baş katibi ilə ölkəsinin COP29-a sədrliyini müzakirə edib
Yəməndə miqrantları daşıyan qayıq çevrilib, 13 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













