XİN-in xüsusi tapşırıqlar üzrə səfiri UNOPS-in icraçı direktoru ilə görüşüb
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov BMT-nin Layihə Xidmətləri İdarəsinin (UNOPS) icraçı direktoru Xorxe Moreyra da Silva ilə görüşüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə UNOPS rəhbəri bildirib.
“Azərbaycanın COP29-a sədrliyi ərəfəsində səfir Elşad İskəndərovu Nyu-Yorkdakı UNOPS ofisində qəbul etmək çox xoş idi. Biz bu mühüm məqamda iqlim fəaliyyətini formalaşdıracaq kritik qərarlara praktiki həllər təqdim etməyi səbirsizliklə gözləyirik”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, daha əvvəl XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının “Yüksək Səviyyəli Həftə”si çərçivəsində Azərbaycanın COP29 sədrliyinin ev sahibliyi ilə “İqlim, sülh və insan mobilliyi” mövzusunda yüksək səviyyəli dəyirmi masada iştirak edib.
Oxşar xəbərlər
IOM-in baş direktoru: Azərbaycanın COP29-a sədirliyini səbirsizliklə gözləyirik
BMT-də COP29 sədrliyinin ev sahibliyi ilə “İqlim, Sülh və İnsan mobilliyi” dəyirmi masası keçirilib
Meksika COP29-da iştirak edəcək
BMT-də COP29 prezidentliyinin ev sahibliyi ilə "Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsü müzakirə olunub
Rusiya XİN: COP29-da ölçülüb-biçilmiş qərarların əldə edilməsinə çalışacağıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













