Şərqi Timorun XİN rəhbəri: Azərbaycan hökuməti COP29-a böyük səylə hazırlaşır
Azərbaycan hökuməti COP29-a böyük səylə hazırlaşır və ölkənin bu vacib tədbir üçün fəaliyyətlərini yüksək qiymətləndiririk.
Bunu Şərqi Timor (Timor-Leste) Demokratik Respublikasının xarici işlər naziri Bendito dos Santos Freitas "Sizinxeber.az"un ABŞ bürosuna açıqlamasında bildirib.
"İqlim dəyişiklikləri və onun fəsadları – dəniz səviyyəsinin yüksəlməsi, digər tərəfdən isə quraqlıq və su qıtlığı – bütün dünyanın mübarizə apardığı əsas problemlərdəndir. Bu səbəbdən COP29-un son dərəcə vacib olduğunu düşünürəm. Keçən il COP28-də həqiqətən də çox vacib qərarlar qəbul edildi. Azərbaycanın COP29-a ev sahibliyi etməsi region ölkələri və dünya dövlətləri üçün çox vacibdir. COP29-da daha güclü və mühüm qərarların qəbul edilməsini gözləyirik", - XİN rəhbəri deyib.
Onun sözlərinə görə, COP29-da xüsusi məsələlər nəzərə alınmaqla, əsaslı tövsiyələr verilə bilər və müqayisəli təhlillər əsasında dünya üçün tətbiq etməli olduğumuz dəyişikliklər gündəmə gətirilə bilər.
Nazir əlavə edib ki, Şərqi Timor ilə Azərbaycan arasında bir çox sahələrdə ikitərəfli əməkdaşlıq mövcuddur: "Ölkə liderimiz keçən il Azərbaycana səfər edib və olduqca vacib görüşlər keçirib. Bununla yanaşı, hər iki ölkənin dövlət və hökumət nümayəndələri arasında ikitərəfli əməkdaşlıq haqqında qərarlar qəbul edilib. Bizim əməkdaşlığımız möhkəm təməllər üzərində qurulub. Bundan əlavə, bir çox sahədə təcrübə mübadiləsi ilə bağlı əməkdaşlığın genişləndirilməsini gözləyirik. COP29 çərçivəsində bu məsələlərə dair görüşlərimiz də planlaşdırılıb."
Oxşar xəbərlər
Qırğızıstan XİN rəhbəri: COP29 bizim üçün olduqca vacibdir
IOM-in baş direktoru: Azərbaycanın COP29-a sədirliyini səbirsizliklə gözləyirik
Kot-d'İvuarlı nazir: COP29-da ölkəm üçün Azərbaycandan kömək istəyəcəm
Julia Souder: Azərbaycanın COP29-la bağlı fəaliyyətini yüksək qiymətləndiririk
Türkiyəli deputat: COP29-u dəstəkləyir və qürur duyuruq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
