Türkiyəli deputat: COP29-u dəstəkləyir və qürur duyuruq
sizinxeber.az xəbər saytı

Türkiyəli deputat: COP29-u dəstəkləyir və qürur duyuruq


Türkiyə olaraq biz də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasını (COP29) dəstəkləyir və qürur duyuruq.

Bunu "Sizinxeber.az"un Ankara bürosuna açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul üzrə deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bildirib.

Onun sözlərinə görə, COP29-un Bakıda keçirilməsinə Türkiyə hökuməti də xüsusi əhəmiyyət verir.

İqlim dəyişikliyinin dünyanın hər tərəfində ən aktual mövzu olduğunu vurğulayan deputat deyib ki, Azərbaycanın beynəlxalq tədbirlə bağlı təşkilatçılığı yüksək səviyyədə olur:

"Yüz mindən çox insanı rəsmi səviyyədə qarşılamaq, qəbul etmək, yola salmaq, tədbirin qüsursuz keçirilməsi üçün aparılan təşkilati işlər çox diqqətlə həyata keçirilir. Bütün bunlar asan məsələ deyil. Əminəm ki, bütün beynəlxalq tədbirlər kimi, COP29 da Azərbaycanda uğurla həyata keçiriləcək".

Ş.Ayrım əlavə edib ki, beynəlxalq tədbir işğaldan azad edilmiş bütöv Azərbaycanın dünya miqyasında tanıdılması üçün də xüsusi əhəmiyyət kəsb edir.

"Belə tədbirlər Azərbaycanın tanıdılması baxımından da çox vacibdir. Azərbaycanın nüfuzu, dünyada güvəni, etibarı, ölkəyə turist axını gündən-günə artır. Azərbaycanı daha gözəl gələcək gözlədiyinə inanıram", - o vurğulayıb.

Oxşar xəbərlər

Somali XİN başçısı: COP29-un uğurla keçirilməsi üçün Azərbaycanla sıx əməkdaşlığa hazırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 gələn il Azərbaycanda keçiriləcək - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: "Təmiz ətraf mühit və yaşıl inkişaf milli prioritetimizdir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: COP29 Peru üçün də çox əhəmiyyətli tədbirdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və ABŞ rəsmiləri COP29-la bağlı müzakirələr aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər