Sahibə Qafarova Parlamentlərarası İttifaqın Assambleyasında COP29 barədə geniş məlumat verib
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında “Daha sülhsevər və dayanıqlı gələcək üçün elm, texnologiya və innovasiyadan (ETİ) istifadə” mövzusunda çıxışında cari ilin noyabr ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək COP29 tədbiri barədə geniş məlumat verib.
APA xəbər verir ki, Sahibə Qafarova tədbirə hazırlığın intensiv şəkildə həyata keçirildiyini deyib.
O bildirib ki, texnologiya COP29 Azərbaycan Sədrliyinin baxışında mühüm yer tutur, çünki o, iqlim dəyişikliyinə qarşı qlobal cavabın vacib komponentidir. Texnologiya həm təsirli yumşaltma, həm də uyğunlaşma tədbirlərinin asanlaşdırılmasında həlledici rol oynayır.
Diqqətə çatdırılıb ki, Azərbaycan Sədrliyi artıq 14 təşəbbüs irəli sürüb, bunlardan biri də "Yaşıl Rəqəmsal Fəaliyyət" təşəbbüsüdür. COP29 çərçivəsində tarixdə ilk dəfə Rəqəmsallaşma Günü keçiriləcək ki, bu da öz növbəsində iqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrin səviyyəsinin artırılması üçün bir platforma rolunu oynamış olacaq. Elə həmin gün yüksək səviyyəli xüsusi dəyirmi masa təşkil olunacaq, müvafiq Bəyannamə təqdim olunacaq.
Milli Məclisin sədri bildirib ki, parlament müzakirələrində iqlim dəyişikliyi məsələsinin əhəmiyyətini nəzərə alaraq, Parlamentlərarası İttifaq Azərbaycan Milli Məclisi ilə birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək. Diqqətə çatdırılıb ki, tərəflər artıq tədbirə hazırlıq prosesinə yekun vurmaq üzrədirlər.
Oxşar xəbərlər
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahibə Qafarova: Son 4 ildə Azərbaycan 140-dan çox ölkəyə 330 milyon dollarlıq yardım göstərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












