Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
sizinxeber.az xəbər saytı

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdədir.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Cenevrə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak edəcək, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, digər rəsmi şəxslərlə görüşlər keçirəcək.

Həmçinin Azərbaycan parlamenti spikerinin Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxışı gözlənilir.

Oxşar xəbərlər

Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin sədri Tacikistanda işgüzar səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahibə Qafarova yenidən Milli Məclisin sədri seçilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər