Qazaxıstan Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycan iqlim şəffaflığı üzrə vahid platforma yaratmağa çalışır
Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyətlərinin şəffaflığı məsələsinin müzakirəsini yüksək səviyyəyə qaldırıb.
"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidentinin müşaviri və beynəlxalq ekoloji əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymanova Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən paralel tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan həqiqətən də iqlim şəffaflığı sahəsində mövcud platformalarla öz fəaliyyətlərini daha yaxşı əlaqələndirməyə kömək edən vahid platforma yaratmağa nail olub.
"Ümid edirəm ki, bu şəffaflıq prosesi həqiqətən iqlim dəyişikliyi sahəsində fəaliyyətləri gücləndirməyə və prosesə, əlbəttə ki, bütün maraqlı tərəflər arasında etimadı möhkəmləndirməyə kömək edəcək", - o bildirib.
Z.Süleymanova, həmçinin ümid edir ki, noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər ikiillik şəffaflıq hesabatı təqdim ediləcək.
Oxşar xəbərlər
Françesko Korvaro: Dünya dövlətləri iqlim dəyişiklikləri ilə bağlı addımlar atmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Prezidentinin müşaviri: Hesabatlarda şəffaflıq iqlim səylərində irəliləyişi izləmək üçün çox vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Firdaus Ussidhum: Dünyada iqlim fəaliyyətləri üçün vahid idarəetmə modeli hazırlanmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev: Bakı Qlobal İqlim Şəffaflığı Platformasını açmaqdan çox məmnunuq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev: Biz tərəfləri COP29-da iqlim şəffaflığı üzrə yekun saziş imzalamağa çağırırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












