COP29 konfrans məkanında ibadət otaqları təşkil ediləcək
Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) konfrans məkanında kişilər və qadınlar üçün iki meditasiya/ibadət otağı olacaq.
“Sizinxeber.az”un əldə etdiyi məlumata görə, bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qeyd olunub ki, kişilər və qadınlar üçün sakit və əlçatan yerlərdə, sanitar qovşaqları yaxınlığında ibadət xalçası ilə təmin olunmuş iki meditasiya/ibadət otağı olacaq.
Bundan başqa, əsas giriş zonasında (təhlükəsizlik yoxlamasından sonra və vəsiqə yoxlama məntəqəsindən əvvəl) uşaqlar üçün dəyişmə masası, iki rahat kreslo, kiçik soyuducu və gigiyenik zibilqabı ilə təmin olunmuş körpə baxım otağı olacaq.
Həmçinin açıq havada mühafizə perimetri daxilində siqaret çəkmək üçün külqabılarla təmin olunmuş dörd məntəqənin yaradılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Azərbaycanda keçiriləcək COP29 çərçivəsində tədbirlərdə altı rəsmi dilə tərcümə olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan COP29-da əlavə təşkilati xərcləri öz üzərinə götürür [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-da iştirak edəcək bəzi şəxslər qonaqlama yerləri üçün depozit verməyə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan COP29-un maliyyə öhdəlikləri ilə yanaşı digər faktiki əlavə xərcləri öz üzərinə götürür [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 zamanı Şura iclasında iştirak edəcək bəzi şəxslər dedikləri və ya yazdığı sözlərə görə məsuliyyət daşımayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












