Avropa komissarı Vopke Hukstra Bakıda keçiriləcək PreCOP iclasında iştirak edəcək
Avropa İttifaqının (Aİ) iqlim dəyişikliyinə qarşı mübarizə üzrə komissarı Vopke Hukstra 10-11 oktyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-Cop29) iştirak edəcək.
“Sizinxeber.az” bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin nümayəndəsi Tim Makfinin bəyanatına istinadən xəbər verir.
“Aİ-nin iqlim dəyişikliyinə qarşı mübarizə üzrə komissarı Vopke Hukstra 10-11 oktyabr tarixlərində Bakıda keçiriləcək Pre-COP29 iclasında iştirak edəcək. COP29-a cəmi bir ay qalıb. Bu görüş bütün dünyadan nazirlərin rəsmi danışıqlar başlamazdan əvvəl bir araya gəlməsi, müzakirələri aktivləşdirməsi, iqlim maliyyələşdirilməsi və iqlim dəyişikliyinə uyğunlaşma və s. öhdəliklərin yerinə yetirilməsi daxil olmaqla COP29-un uğurlu nəticəsinə zəmin hazırlanması üçün əsas fürsətdir", - o bildirib.
Oxşar xəbərlər
Sabah Bakıda COP29 öncəsi konfrans başlayır
UNFCCC: İqlim dəyişikliyinin fəsadları getdikcə daha çox investisiya tələb edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
